Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

“BANK OF AZERBAIJAN”IN LƏNKƏRANDA YENİ FİLİALI AÇILDI

29 iyun 2013 | 15:00

İyunun 28-də Lənkəran şəhərində «Bank of Azerbaijan»ın Lənkəran filialının təntənəli açılş mərasimi keçirildi. Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini İlkin Rəhimov yeni bank qurumuna xeyir-dua verərək «Bank of Azerbaijan»ın Lənkəran filialının Lənkəranda sayca 19-cu bank filialı olduğunu bilidirdi. Onun sözlərinə görə yeni bank rayonun iqtisadi həyatına canlandırma gətirəcək, özəl sektorun inkişafına öz töhfələrini verəcək. 
     «Bank of Azerbaijan»ın İdarə Heyəti sədrinin müavini Fərid Orucov öz çıxışında bank haqqında ümumi məlumat verib. Bildirib ki, “Bank of Azerbaijan”ın əsası 1993-cü ilin dekabr ayının 1-də, Azərbaycanın Mərkəzi bankı tərəfindən verilmiş 166 №-li lisenziya əsasında qoyulub. Hal-hazırda «Bank of Azerbaijan» öz müştərilərinə, hesablaşma-kassa əməliyyatları, istehlakçı, kommersiya, ipoteka kreditlərinin verilməsi, əmanətlərin qəbul edilməsi, plastik kartların verilməsi, pul köçürmələri, bank seyflərinin icarəsi və s. daxil olmaqla, geniş spektrli xidmətlər təklif edir. 
     O daha sonra bildirib ki, bank biznesin kreditləşməsi və ipoteka kreditləşməsinə dair dövlət proqramlarında fəal iştirak edir. Azərbaycan Respublikasının İpoteka Fondunun və Sahibkarlığa Dəstək Milli Fondunun agent-bankları sırasına daxildir, bu isə Banka əmanətçilərin depozitlərini sığortalamaq imkanını verir. Bu addım, şübhəsiz ki, Bank və əhalini daha da bir-birinə yaxınlaşdırır. 
     Əsas məqsədinin əhaliyə daha da keyfiyyətli və əlverişli məhsulların və xidmətlərinin təklifi olduğunu önə çəkən F.Orucov ənənələrinə sadiq qalaraq Lənkəran və cənub regionunda da bu yöndə fəaliyyətlərinin uğurlu olacağına inandığını bildirib. 
     Filialın açılışını bildirən qırmızı lent kəsildikdən sonra qonaqlar, media işçıləri və ictimaiyyətin nümayəndələri burada yaradılan şəraitlə tanış olublar.

Keçidlər