Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA 24 MƏNZİLLİ YAŞAYIŞ BİNASININ AÇILIŞ MƏRASİMİ KEÇİRİLDİ

27 iyun 2013 | 15:00

İyunun 26-da – AZƏRBAYCAN RESPUBLİKASININ SİLAHLI QÜVVƏLƏR GÜNÜNDƏ Lənkəran şəhərində 24 mənzilli 3 mərtəbəli yaşayış binasının təntənəli açılış mərasimi keçirildi.
Bu münasibətlə keçirilən mərasimdə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov ilk öncə sakinləri 26 iyun-Silahlı Qüvvələr Günü münasibətilə təbrik etdi,onlara ən xoş arzularını çatdırdı.
İcra başçısı daha sonra qeyd etdi ki, 2011-ci ilin avqust ayında H.Əliyev prospektində yerləşən 16 mənzilli yaşayış binası təbii fəlakət nəticəsində qəza vəziyyətinə düşmüşdü.Binanın sakinləri müvəqqəti olaraq digər yaşayış məntəqələrinə köçürülmüşdü.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə 2012-ci ilin may ayında həmin binanın sakinləri üçün yeni 3 mərtəbəli 24 mənzilli yaşayış binasının bünövrəsi qoyuldu.Ötən bir il ərzində binanın tikintisi yüksək səviyyədə başa çatdırıldı.24 mənzildən ibarət olan binanın sakinləri üçün burada bütün kommunal xidmətlər-qaz,elektrik enerjisi,isitilik sistemi quraşdırılmışdır.İcra başçısı bu yüksək diqqət və qayğıya görə bütün binanın sakinləri adından möhtərəm cənab Prezidentə minnətdarlığını bildirdi.
Sonra ayrı-ayrı sakinlər çıxış edərək cənab Prezidentə dərin minnətdarlıqlarını ən xoş sözlərlə ifadə etdilər.
Daha sonra sakinlərə mənzillərin açarları təqdim olundu.
Sonda rəmzi qırmızı lent kəsildi,İcra başçısı Taleh Qaraşov digər rəsmilərlə birlikdə mənzillərə baxış keçirdi.
Qeyd edək ki,ümumi layihə dəyəri 1 milyon 650 min manat olan bu yaşayış binasının tikintisi “GİLAN İNŞAAT” MMC tərəfindən .həyata keçirilmişdir.

Keçidlər