Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN ŞİH BAŞÇISI YANINDA NÖVBƏTİ ŞURA İCLASI KEÇİRİLDİ

26 iyun 2013 | 15:00

İyunun 25-də Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi.
Şurada iki məsələ müzakirə olundu.
“Turizmin inkişafı sahəsində “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.13 bəndinin tələbləri baxımından görülmüş işlər haqqında” Lənkəran ŞİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirlinin məruzəsi;
“2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar pensiya islahatı sahəsində aparılan işlərin vəziyyəti haqqında DSMF-nin Lənkəran şəhər şöbəsinin hesabatı” barədə DSMF Lənkəran şəhər şöbəsinin müdiri Maarif Bayramovun məruzəsi dinlənildi.
Müzakirə olunan məsələlər ətrafında Lənkəran şəhər Mədəniyyət və turizm şöbəsinin müdiri Vasif Fərzullayev, Lənkəran ŞİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimov,  şəhər Maliyyə idarəsinin müdiri İqbal Rəcəbov və Kapital Bankın Lənkəran filialının müdiri Bəxtiyar Zeynalov rəy və mülahizələrini söylədilər.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov  Şura iclasında müzakirə olunan məsələlərin aktuallığını nəzərə çatdırdı, turizmin inkişafı sahəsində rayonumuzda görülmüş işlərə münasibətini bildirdi, sosial sığorta məsələləri ilə bağlı həyata keçirilən tədbirlərin vacibliyini vurğuladı, hər iki sahədə işlərin günün tələbləri səviyyəsində icra olunmasını tövsiyə etdi və müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.
Şura iclasında müzakirə olunan məsələlərlə əlaqədar qərar qəbul edildi.

Keçidlər