Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Heydər Əliyev Mərkəzində Azərbaycan Silahlı Qüvvələrinin yaranması gününə həsr olunmuş tədbir keçirildi

25 iyun 2013 | 15:00

İyunun 24-də Heydər Əliyev Mərkəzində “N” saylı hərbi hissənin əsgərlərinin iştirakı ilə 26 iyun Silahlı Qüvvələrin yaranması gününə həsr olunmuş “Azərbaycanda ordu quruculuğu və Heydər Əliyevin uzaqgörən siyasəti” mövzusunda tədbir düzənləndi.
Tədbiri Mərkəzin direktoru Seyidzadə Şəfiyeva açaraq, əsgərləri Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü münasibəti ilə təbrik etdi və bildirdi ki, böyük siyasi Lider, qüdrətli şəxsiyyət olan Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın dövlət və ordu quruculuğunda yeni bir mərhələnin təməli qoyulmuşdur. Onun rəhbərliyi ilə qısa zaman kəsiyində ordu quruculuğu problemi həll olundu, Azərbaycan ordusu yenidən elmi-nəzəri əsaslar üzərində quruldu. Heydər Əliyev Azərbaycan Silahlı Qüvvələrinin daha da möhkəmlənməsi, xüsusi ilə ordumuz üçün hərbi kadrlar hazırlayan hərbi təhsil sisteminin modernləşdirilməsi üçün mühüm tədbirlər gördü. Azərbaycanda ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi kursu bu gün möhtərəm prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra Mərkəzin elmi işçisi Qadir Kazımov Ümummilli Liderin ictimai-siyasi fəaliyyətini əks etdirən memorial muzey və filmlə əsgərləri tanış etdi.

Keçidlər