Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

“SAHİBKARLIĞIN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ”

22 iyun 2013 | 15:00

İyunun 21-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun  təşkilatçılığı ilə  “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbir rayonumuzun Veravul kəndində keçirilmişdir. Tədbirdə Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak etmişdir.
Əvvəlcə  SKMF-nin aparıcı məsləhətçisi Elnur Abbasovun təqdimatında  Fond tərəfindən rayonda prioritet hesab olunan südlük istiqamətli kiçik cins heyvandarlıq təsərrüfatlarının, intensiv bağçılıq, çayçılıq, müasir suvarma sistemlərinin tətbiqi ilə tərəvəzçilik təsərrüfatlarının  yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri barədə məlumat verilmiş, Lənkəranın iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış, digər metodiki materiallar sahibkarlara təqdim olunmuşdur.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasından, sahibkarlara göstərilən dövlət qayğısından danışmış, sosial-iqtisadi sahədə Lənkəran rayonunda reallaşdırılan  tədbirlər və həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat vermişdir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində  ölkə iqtisadiyyatının dinamik inkişaf etdiyini, icrası uğurla reallaşdırılan məqsədli dövlət proqramlarının regionların, xüsusilə qeyri-neft sektorunun inkişafında xüsusi əhəmiyyət daşıdığını bildirmiş, sahibkarlığın inkişafına göstərilən  sistemli dövlət dəstəyi tədbirləri nəticəsində iqtisadiyyatda  özəl bölmənin rolunun davamlı olaraq artdığını diqqətə çatdırmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafı, xüsusilə regionlarda sahibkarlıq fəaliyyətinin  genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, bu ilin ötən dövrü ərzində  Fondun vəsaitləri hesabına  bugünkü tədbir çərçivəsində  verilən kreditlər də daxil olmaqla, respublika üzrə sahibkarlıq subyektlərinin  1842 investisiya layihəsinin maliyyələşdirilməsinə 167,5 milyon  manat güzəştli kredit verilmişdir. Bu investisiya layihələrinin reallaşdırılması  6880-ə yaxın iş yerinin yaradılmasına imkan verir. Qeyd edilmişdir ki, indiyədək  Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1350-dən çox  investisiya layihəsinin maliyyələşdirilməsinə 64,7 milyon manat güzəştli kreditlər verilmişdir.
Sonra sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.
Tədbir çərçivəsində Lənkəran və ətraf rayonlarda fəaliyyət göstərən 48 sahibkara 1,2 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 106 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Keçidlər