Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİ BAŞÇISININ SƏPNƏKƏRAN KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ KEÇİRİLDİ

21 iyun 2013 | 15:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü iyunun 20-də Səpnəkəran kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və aparıcı təşkilatların rəhbərləri iştirak edirdilər.
Lənkəran ŞİH başçısının Səpnəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi  Azad Kazımov məlumat verərək bildirdi ki,  Səpnəkəran inzibati ərazi dairəsi 3 kəndi – Səpnəkəran, Yuxarı Nüvədi və Mikalan kəndlərini əhatə edir. Nümayəndəliyin ümumi ərazisi 628 hektar, ev təsərrüfatlarının sayı 780, əhalinin sayı 3 min 698 nəfərdir. Ərazidə Səpnəkəran və Yuxarı Nüvədi kənd orta məktəbləri, 4 qruplu Yuxarı Nüvədi kənd uşaq bağçası, 1 poçt şöbəsi, 2 sənətkarlıq klubu, 2 kitabxana, 2 səhiyyə məntəqəsi, yol-tikinti idarəsi, “Optimal” MMC tərəvəz emalı sexi, 19 özəl ticarət, iaşə və məişət şəbəkələri fəaliyyət göstərir. Nümayəndəliyin ərazisində iki seçki məntəqəsi vardır. Yuxarı Nüvədi kəndində 1 Qarabağ müharibəsi şəhidinin ailəsi və Səpnəkəran kəndində 1 Əfqanıstan müharibəsi şəhidinin ailəsi vardır.
Səpnəkəran kənd bələdiyyəsinin sədri Rayifə Məmmədzadə inzibati ərazi dairəsində aparılan abadlıq-quruculuq işləri barədə söz açdı, bələdiyyənin xətti ilə həyata keçirilən bir sıra sosial məsələlər barədə fikirlərini söylədi.
Kənd sakinlərindən Sərraf Xəlilov, Mirbaba Tahirov, İlhamə Orucova və Şaddıq Babayev çıxış edərək bir neçə ay bundan əvvəl Səpnəkəran kəndinə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevə və Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşova minnətdarlıqlarını bildirdilər, oktyabr ayında keçiriləcək növbəti prezident seçkilərində cənab İlham Əliyevə səs verəcəklərini əminliklə vurğuladılar.
Sonra ayrı-ayrı kənd sakinləri şəxsi xahişləri ilə əlaqədar İcra başçısına müraciət etdilər.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov çıxışında oktyabr ayında keçiriləcək prezident seçkilərində yerlərdə aparılan hazırlıq işlərindən, məntəqələrə təhkim olunmuş şəxslərin üzərinə düşən məsul vəzifələrdən danışdı, onları məsuliyyətli olmağa, seçki məcəlləsinə düzgün əməl etməyə, hamını seçki günü məntəqələrə gəlib ürəyinin hökmü ilə ən layiqli namizədə - Heydər Əliyev siyasi kursunun davamçısına səs verməyə çağırdı.
İcra başçısı daha sonra qeyd etdi ki, yerlərdə əhalinin arzu və istəklərinin, problemlərinin həlli cənab Prezident İlham Əliyev tərəfindən qarşımıza mühüm vəzifə kimi qoyulmuşdur. Biz belə səyyar qəbul-görüşlərdə əhali tərəfindən qaldırılan təkliflərin həlli istiqamətində dərhal operativ tapşırıqlar verir, bir çox məsələləri yerindəcə həll edirik. Bir neçə ay bundan əvvəl Səpnəkəran kəndində təbii qazın açılışının həyata keçirildiyini diqqətə çatdıran Taleh Qaraşov yaxın günlərdə Yuxarı Nüvədi kəndində də “mavi alov”un şölələnəcəyini, ilin sonuna kimi rayonumuzun əksər qəsəbə və kəndlərinin təbii qazla təmin ediləcəyini əminliklə söylədi.
İcra başçısı həmçinin, respublikamızda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərindən danışaraq qeyd etdi ki, hazırda Azərbaycanın Avropada, eləcə də dünyada beynəlxalq nüfuzu gündən-günə artmaqdadır. Ölkə başçısı İlham Əliyev beynəlxalq aləmdə tanınmış lider kimi qəbul edilir. Azərbaycan demokratik ölkə kimi sdünya demokratiyasına sürətlə inteqrasiya edir. Bu, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun bəhrələridir.
Taleh Qaraşov sonda səyyar qəbul-görüş zamanı qaldırılan təkliflərin həlli istiqamətində tapşırıq və tövsiyələrini verdi.

Keçidlər