VERGİLƏR NAZİRİ LƏNKƏRANDA VƏTƏNDAŞLARI QƏBUL ETDİ
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən nazir və komitə sədrlərinin bölgələrə səfəri davam edir.
İyunun 20-də Vergilər naziri Fazil Məmmədov Lənkəranda Cənub bölgəsinə daxil olan rayonların sakinlərini qəbul edərək onların şikayətlərini dinlədi.
6 saylı Ərazi Vergilər İdarəsində keçirilən qəbula 100-dən cox vətəndaş qatılmışdı.
Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonundan qəbula gələnlər nazirə vergi sahəsində qarşılaşdıqları problemlərlə bağli müraciət edərək, bununla əlaqədar onları narahat edən bəzi məsələlərin həllinə kömək göstərməyi xahiş etdilər.
Qəbul zamani nazir Fazil Məmmədov vətəndaşların narazılığına səbəb olan halların aradan qaldırılması, hər bir şəxsin müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturlara tapşırıqlarını verdi.
Qeyd edək ki, qəbulda qaldırılan məsələlərdən bəziləri elə yerindəcə həllini tapdı.