Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA “NARKOMANLIĞIN CƏMİYYƏTƏ VƏ İNSANLARIN SAĞLAMLIĞINA ZİYANI” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLDİ

20 iyun 2013 | 15:00

 

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Lənkəran şəhər komissiyasının 2013-cü il üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirən iş planına əsasən Lənkəran şəhər Gənclər və İdman İdarəsi narkomanlığa qarşı effektiv mübarizələrdən biri sayılan yeniyetmələrin və gənclərin maarifləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirmişdir.Belə ki, yeniyetmə və gənclərin asudə vaxtının təşkili və asudə vaxtının səmərəli keçirilməsinin təşkili, onlar arasında antinarkotik təbliğatın aparılması məqsədi ilə  Lənkəran şəhər Gənclər və İdman İdarəsində 18 iyun 2013-cü il tarixdə “Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı ” mövzusunda  dəyirmi masa təşkil olunmuşdur.Tədbirdə 50 nəfərə yaxın ictimai fəal gənc və yeniyetmə iştirak etmişdir.
Narkomanlığın və narkobiznesin cəmiyyətimizdə törətdiyi fəsadları səhnələşdirilmış şəkildə  gənclərin və yeniyetmələrin diqqətinə çatdırılması məqsədi ilə  Lənkəran Şəhər Dövlət Dram Teatrında  Lənkəran şəhər Gənclər və İdman İdarəsinin sifarişi əsasında 19 iyun 2013-cü il tarixdə “Ağ kəlağayı” ssenarisi üzrə teatr tamaşası səhnələşdirilmişdir.Böyük maraqla qarşılanan tamaşada  250 nəfərə yaxın gənc və yeniyetmə iştirak etmişdir.

Keçidlər