ULU ÖNDƏRƏ ÜMUMXALQ MƏHƏBBƏTİ
15 iyun 2013 | 15:00
15 iyun – Milli Qurtuluş günü respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da təntənə ilə qeyd edildi.
14 iyun 2013-cü il tarixdə dünya şöhrətli siyasətçi, müasir dövlətçiliyimizin memarı Heydər Əliyevin adını daşıyan Xatirə parkında Ulu Öndərin abidəsi ziyarət edildi, Dahi Rəhbərin xatirəsi ehtiramla yad olundu.
Lənkəran ŞİH başçısının birinci müavini İlqar Dadaşov əzəmətli abidənin önünə tər güllər qoydu, ehtiram əlaməti olaraq təzim etdi.
Sonra hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri Ümummilli Liderin abidəsi önünə təzə-tər gül dəstələri düzdülər.
Axırda ümumxalq ziyarəti başlandı.