Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA 116 NƏFƏR "VERGİ DOSTU"NA SERTİFİKAT VƏ KOMPÜTER VERİLDİ

14 iyun 2013 | 15:00


Vergilər Nazirliyi tərəfindən bölgələrdə ümumtəhsil məktəblərinin vergi dostlarına sertifikat və kompüterlər təqdim edilməsi davam edir. Növbəti belə tədbir iyunun 13-də  Lənkəranda baş tutdu.
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Vergi dostu” sertifikatı və kompüterləri Cənub bölgəsində 116 müəllimə şamil olundu.
Vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini gücləndirmək məqsədilə bağlı keçirilən tədbirdə Lənkəran şəhər  İcra Hakimiyyətinin və digər dövlət qurumlarının nümayəndələri, Vergilər Nazirliyinin və 6 saylı ƏVİ-nin əməkdaşları, təhsil işçiləri, kütləvi informasiya vasitələrinin və ictimai təşkilatların nümayəndələri iştirak edirdilər.
Tədbirdə çıxış edən Vergilər Nazirinin müşaviri Ələkbər Məmmədov nazirlik tərəfindən ərazi vergilər idarələrinin və vergi ödəyicilərinə xidmət mərkəzlərinin yerləşdiyi şəhər və rayon mərkəzləri istisna olmaqla, digər kənd və qəsəbələrdə “Vergi dostları” şəbəkəsinin yaradılması barədə məlumat verdi.
Qeyd  olundu ki, bu günədək 11 rayonda fəaliyyət göstərən  307 nəfər “Vergi dostu”na müvafiq təlim keçilmiş və sertifikatlar təqdim olunmuşdur. “Vergi dostu” olan şəxs yaşadığı ərazidə əhali arasında vergilərə dair məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini həyata keçirir, vergi sistemində tətbiq olunan elektron xidmətlər barədə vergi ödəyicilərini məlumatlandırır, uşaq və gənclərə vergilərin əhəmiyyətini izah edir.
Sonra təlimi müvəffəqiyyətlə başa vuran “Vergi dostları”na üzvlük sertifikatları, “Vergi dostu”nun yaddaş kitabçası və kompüterlər təqdim olundu. Onlar  əməkdaşlıq barədə öhdəlik vərəqələrini imzaladılar .
Tədbirdə Lənkəran ŞİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli, şəhər Təhsil şöbəsinin müdir müavini Güloğlan Bağırov və 6 saylı Ərazi Vergilər İdarəsinin rəisi Xosrov Ələsgərov çıxış edərək rəy və mülahizələrini söylədilər.

Keçidlər