Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

XARXATAN KƏNDİNİN İÇMƏLİ SU İLƏ TƏCHİZATI YAXŞILAŞDIRILDI

16 iyul 2012 | 15:00

Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində həyata keçirilmiş “Lənkəranın Xarxatan kəndində içməli su təchizatının inşası” layihəsinin başa çatması ilə əlaqədar iyulun 16-da Xarxatan kəndində açılış mərasimi keçirildi. Mərasimdə Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Şusuke Vatanabe və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşov iştirak etdilər. Mərasimi giriş sözü ilə açan ADTGT-nın sədri Asif Əsgərli qeyd etdi ki, layihə üzrə qrant müqaviləsi Yaponiya səfirliyi ilə Azərbaycan Demokratik Tələbə və Gənclər təşkilatı arasında 2012-ci il martın 9-da imzalanmışdır. Bu layihə daxil olmaqla Lənkəranda 2002-ci ildə Lənkəranın Ləj kəndində orta məktəbin yenidən tikintisi, 2006-cı ildə Lənkəranda quş qripi əleyhinə laboratoriyanın təkmilləşdirilməsi, 2012-ci ildə Lənkəranın Xarxatan kəndində içməli su təchizatının inşası üzrə üç layihə həyata keçirilmişdir. Daha sonra söz kənd sakinlərinə verildi. Müəllim Mirzahir Sultanov və mühəndis İbrahim Məmmədov çıxış edərək Xarxatan kəndində əhalinin içməli suya olan tələbatının yaxşılaşdırılması üçün layihə iştirakçılarına minnətdarlıqlarını bildirdilər. Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov çıxışında Respublikamızın artan iqtisadi qüdrətindən, Azərbaycan-Yaponiya əlaqələrinin getdikcə güclənməsindən danışdı, bu xeyirxah missiyanı həyata keçirdiyinə görə Yaponiya hökumətinə və cənab səfirə ən xoş duyğuların ifadə etdi. Səfir Şusuke Vatanabe keçən il Yaponiyada baş vermiş güclü zəlzələ və sunaminin nəticələrinin aradan qaldırılmasında Azərbaycan dövlətinin gündoğan ölkəyə göstərdiyi yardıma görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi, belə layihələrin bundan sonra da davamlı olacağını əminliklə vurğuladı və Xarxatan kəndinin əhalisini bu əlamətdar hadisə münasibətilə təbrik etdi. Sonda T.Qaraşov və Ş. Vatanabe rəsmi açılışı bildirən qırmızı lenti kəsdilər.

Keçidlər