Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran şəhərində Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn məsələlərlə bağlı zona müşavirəsi keçirildi

12 iyun 2013 | 15:00

İyunun 11-də Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən Qiymətli metallar və qiymətli daşlar haqqında Azərbaycan Respublikası qanunundan irəli gələn məsələlərlə bağlı Lənkəranda və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarların iştirakı ilə zona müşavirəsi keçirildi.Tədbirdə çıxış edən Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli daşlara nəzarət Dövlət Xidmətinin əməkdaşı bildirdi ki, qiymətli metalların və qiymətli daşların, eləcədə onlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının istehsalı, emalı və istifadəsi, dövriyyəsi fəaliyyət növü ilə məşğul olan sahibkarlara müvafiq qanunvericiliyin tələblərini izah etdi.Sonra qiymətli metalların və qiymətli daşların dövriyyəsi, uçotu və saxlanılması sahəsində qüvvədə olan normativ-hüquqi sənədlərinin və Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq, lisenziya verilməsi haqqında qaydalarının tələblərinə əməl edilməsi ilə bağlı izahat işlərinin və Xidmətin cari ilin ötən dövrü ərzində həyata keçirdiyi əyar nəzarəti tədbirləri zamanı daha çox yol verilən nöqsanların təhlili haqqında geniş məlumat verildi.Sonda sahibkarları maraqlandıran suallar cavablandırıldı və ötən dövrlərdə aparılan nəzarət tədbirlərinin təhlili, ən çox rast gəlinən nöqsanların araşdırılması və digər maarifləndirmə tədbirləri ilə bağlı qarşılıqlı müzakirə aparıldı.

Keçidlər