LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNDƏ AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATLARI İTTİFAQININ KONFRANSI KEÇİRİLDİ
İyunun 3-də Lənkəran Dövlət Universitetində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının illik hesabat konfransı keçirilmişdir. Qeyd edək ki, bu videokonfrans paralel olaraq Bakı, Naxçıvan və Gəncədə də davam etmişdir.
Lənkəran Dövlət Universitetində keçirilən illik hesabat konfransını giriş sözü ilə LDU-nun Tələbə Gənclər Təşkilatının sədri Uğur Qurbanzadə açaraq konfransın ümumi gedişatı barədə iştirakçıları məlumatlandırmışdır.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra gündəlikdəki məsələlər – ATGTİ-nin illik hesabatının dinlənilməsi, ATGTİ-yə yeni üzvlərin qəbul olunması, mövzular üzrə panel dinləmələrin keçirilməsi elan edilmişdir.
Lənkəran panelində “Tələbə gənclərin şəbəkələşməsində TGT-lərin rolu” mövzusunda dinləmələr başlanmışdır. Mövzu ətrafında LDU-nun magistr tələbəsi Seymur Murtuzayev, AMİ Cəlilabad filialının TGT-nin sədri Şəbnəm Məstəlili, Astara Pedaqoji Kollecinin TGT-nin sədri Abbas İbrahimli çıxış etmişlər.
Konfransda mövzu ilə səsləşən qısa videoçarx göstərilmişdir.
Konfransda Lənkəran Dövlət Universitetinin rektoru, professor Asəf İsgəndərov və Lənkəran ŞİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli çıxış edərək gənclərə arzu və tövsiyələrini bildirmişlər.