UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ LƏNKƏRANDA TƏNTƏNƏ İLƏ QEYD EDİLDİ
02 iyun 2013 | 15:00
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü şəhərimizdə Həzi Aslanov adına istirahət parkında böyük təntənə və coşqu ilə qeyd edildi.
Lənkəran şəhərinin şəhərə yaxın məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan uşaqların ifasında düzənlənən bayram konserti parka toplaşanlarda xoş ovqat yaratdı.
Milli geyimdə olan fidan balalar mahnı oxumaqla yanaşı rəqs etdilər, şeirlər söylədilər.
Lənkəran ŞİH başçısı aparatının məsul işçisi Tahir Zülfüqarov uşaqları İcra başçısı Taleh Qaraşovun adından təbrik etdi, onlara Vətənimizə layiq övlad olmağı arzuladı.
Bayram münasibətilə uşaq bağçalarında tərbiyə alan uşaqlara hədiyyələr paylanıldı.