Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA SON ZƏNG QEYD OLUNDU

01 iyun 2013 | 15:00

Mayın 31-də respublikamızın hər yerində olduğu kimi, Lənkəran rayonunun orta ümumtəhsil məktəblərində də sonuncu zəng çalındı. Bu münasibətlə Lənkəran şəhər Təhsil şöbəsi rayonda yerləşən orta ümumtəhsil məktəblərində məzun günü təşkil etdi.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin  qərarına əsasən məzun günü ilə bağlı təşkil olunan tədbirlər məktəb daxilində keçirildi. Mərasimlərdə vətənpərvərliyə, dövlətçiliyə həsr olunan şeirlər səsləndirildi, tədbirdə iştirak edən Təhsil şöbəsinin rəsmilərinin, qabaqcıl müəllimlərin, valideynlərin, əlaçı şagirdlərin çıxışları dinlənildi. Çıxış edənlər məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzuladılar.
Tədbir boyu səsləndirilən həzin musiqi nömrələri iştirakçıları duyğulandırdı.
Lənkəran şəhər Təhsil şöbəsinin müdir müavini Güloğlan Bağırovun verdiyi məlumata əsasən bu il Lənkəranda yerləşən ümumtəhsil orta məktəblərindən 2692 şagird 9-cu, 1910 şagird 11-ci sinifdən olmaqla ümumilikdə 4 min 602 şagird məzun olub.
Qeyd edək ki, Lənkəran rayonunda 14-ü ümumi orta, 72-si isə tam orta olmaqla 89 ümumtəhsil məktəbi var.

Keçidlər