Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

28 MAY RESPUBLİKA GÜNÜ LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNDƏ TƏNTƏNƏLİ ŞƏKİLDƏ QEYD EDİLDİ

29 may 2013 | 15:00

28 may 2013-cü il tarixdə Lənkəran Dövlət Universitetində Respublika gününə həsr olunmuş təntənəli tədbir keçirilmişdir. Tədbiri  giriş sözü ilə açan Universitetin rektoru, Əməkdar elm xadimi, professor Asəf İsgəndərov  müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyətinin yaranması tarixindən, inkişafından danışaraq əldə olunan müstəqilliyimizdə Ulu öndər Heydər Əliyevin gərgin əməyini qeyd etdi və bu gün bu müstəqilliyimizin daimi olması uğrunda əzmlə çalışan dövlət başçımız, möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu fəaliyyətini vurğuladı. Çıxışlarda rayon Ağsaqqallar Şurasının sədri Kamal Kələntərli, Universitet Valideynlər Şurasının sədri Sərhad Məmmədov, Dil və ədəbiyyat kafedrasının müdiri, dosent Yədulla Ağazadə, Əməkdar artist Adil Zeynalov və tələbələr Azərbaycanın 1918-ci ildən bəri keçdiyi tarixə nəzər salaraq, gənclərimizə əldə olunan müstəqilliyin mahiyyətindən ətraflı danışdılar. Sonra isə Respublika Gününə həsr olunmuş fakültələr arasında  “Tələbə yaradıcılığı” müsabiqəsi keçirildi. Müsabiqədə əllidən artıq müxtəlif nominasiyadan olan ifalar dinlənildi və yekunda hər bir ifa münsiflər tərəfindən qiymətləndirilərək qaliblər müəyyənləşdirildi. Fakültələr arasında Humanitar və Pedaqoji elmlər fakültəsi ən yüksək nəticə göstərərək birinci yerə layiq görüldü.
Sonda Universitetin rektoru Asəf İsgəndərov Universitetdə üçüncü ildir ki, Respublika Günündə keçirilən ənənəvi “Tələbə yaradıcılığı” müsabiqəsinin əhəmiyyətindən danışdı və bu müsabiqənin hər il 28 May günündə keçiriləcəyini diqətə çatdırdı.

Keçidlər