Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN RƏİSİ LƏNKƏRANDA VƏTƏNDAŞLARI QƏBUL ETDİ

24 may 2013 | 15:00

Vətəndaşların yerlərdə qəbulu üzrə təsdiq edilmiş qrafikə uyğun olaraq mayın 23-də Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev Lənkəranda vətəndaşları qəbul etdi.
Lənkəran Sərhəd Dəstəsində keçirilən qəbul zamanı Dövlət Sərhəd Xidmətinin rəisi Yardımlı, Lənkəran, Astara, Lerik rayon sakinləri ilə görüşərək, onların müraciətlərini, şikayətlərini, arzu və təkliflərini dinlədi.
Elçin Quliyev vətəndaşların müraciətlərinin yerindəcə həll olunması üçün tabeliyində olan qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verdi. Dövlət Sərhəd Xidmətinin səlahiyyətinə aid olmayan müraciətlər isə digər dövlət təşkilatlarına ötürülmək üçün nəzarətə götürüldü.

Keçidlər