ŞURA İCLASINDA YARIM İLİN YEKUNLARI MÜZAKİRƏ EDİLDİ
İyulun 18-də Lənkəran ŞİH başçısı yanında geniş tərkibdə Şura iclası keçirildi.
İclasda 2012-ci ilin 6 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr müzakirə edildi.
İclasa sədrlik edən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov iyulun 11-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2012-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının giriş və yekun nitqlərində irəli gələn mühüm məsələlərdən danışdı.
Sonra məruzə üçün söz ŞİH başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Rüstəm Qurbanova verildi. Məruzəçi 2012-ci ilin 6 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş hesabat məruzəsi etdi.
Məruzə ətrafında şəhər Maliyyə İdarəsinin rəisi İqbal Rəcəbov, Lənkəran Qaz-İstismar Sahəsinin rəisi Xalid Rzayev, Lənkəran Elektrik Şəbəkəsinin rəisi Məqatil Yunusov, Lənkəran Su-Kanal İdarəsinin rəisi Rövşən Təhməzov, şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Vasif Fərzullayev çıxış edərək cari ilin 6 ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı çıxış etdilər.
Şura iclasını ŞİH-nin başçısı Taleh Qaraşov yekunlaşdıraraq növbəti yarım ildə qarşıda duran vəzifələri uğurla icra etməkdən ötrü idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlarını verdi.