Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA “ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANÇILIQ MƏFKURƏSİNİN GƏNCLƏRİN VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİNDƏ ROLU” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ

22 may 2013 | 15:00

Mayın 21-də Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan “Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda elmi-praktik konfrans keçirildi.
Konfransdan öncə iştirakçılar Heydər Əliyev Xatirə parkında Dahi Öndərin əzəmətli abidəsini ziyarət edərək önünə gül dəstələri düzdülər.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmilərinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin və tələbə gənclər təşkilatlarının fəal gənclərinin qatıldığı konfransı Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov açaraq iştirakçıları cənab nazir Azad Rəhimovun adından salamladı, konfransın mövzusu haqqında məlumat verdi.
Giriş nitqindən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Nazirliyin rəsmisi Əli Məmmədov Ulu Öndərin ölkəmizin inkişafındakı müstəsna xidmətlərindən söz açaraq Heydər Əliyevin dövlətimizə rəhbərlik etdiyi vaxtlarda Azərbaycan gəncliyinə göstərdiyi xüsusi diqqət və qayğıdan danışdı.
Lənkəran ŞİH başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli çıxış edərək İcra başçısı Taleh Qaraşovun konfrans iştirakçılarına salamlarını çatdırdı. İcra rəsmisi mövzu ilə bağlı geniş məruzə etdi. Natiq bildirdi ki, hələ sövet dönəmində Ümumilli Lider rəhbər vəzifələrdə çalışdığı zaman Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət göstərmiş, bu istiqamətdə bir sıra qanunların qəbul olunmasında əvəzsiz xidmətlər göstərmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizin idarəçilik sükanı arxasına keçən Heydər Əliyev dövlət siyasətində gənclərə etimad göstərilməsi onların əməyindən səmərəli istifadə olunması, gənclərin istər ölkə daxilində, istərsə də xaricdə yüksək təhsil almaları üçün bir sıra tədbirlər həyata keçirmişdir. Məhz Onun təşəbbüsü və ciddi tapşırığı ilə respublikamızda bu istiqamətdə bir sıra dövlət proqramları hazırlanaraq icra olunmağa başlanmışdır. Bütün bunlar isə əlbəttə ki, hər şeydən əvvəl Azərbaycan gənclərinin sağlam və hər cəhətdən mükəmməl yetişməsi, onların hərtərəfli dövlət qayğısı ilə əhatə olunmaları üçün edilmişdir.
Konfrans məruzə ətrafında çıxışlarla davam etdi. Lənkəran şəhər 8 saylı tam orta məktəbinin tarix müəllimi Araz Məmmədov, Lənkəran Dövlət Universitetinin tələbə gənclər təşkilatının sədri Uğur Qurbanzadə və digərləri Dahi Liderin siyasi kursunun layiqli davamçısı İlham Əliyev tərəfinədən bu gün uğurla davam etdirilən gənclər siyasətindən söz açdılar. Məhz bunun nəticəsində əldə olunan uğurlardan danışdılar.
Konrafsın sonunda Nazirliyin rəsmisi Əli Məmmədov iştirakçıları maraqlandıran sualları cavablandırdı.
Konfransdan sonra yubiley münasibətilə Lənkəran şəhər Mərkəzi Stadionunda möhtəşəm bayram konserti oldu. Konsertə 12 mindən artıq lənkəranlı təşrif buyurmuşdu. Onlar Bakıdan dəvət olunmuş, o cümlədən, Lənkəranda yaşayan populyar müğənnilərin ifalarını dinləyərək , mənalı istirahət dəqiqələri yaşadılar.Konsert  böyük atəşfəşanlıqla   yekulaşdırıldı.

Keçidlər