LƏNKƏRANDA HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ BEYNƏLXALQ MUZEYLƏR GÜNÜ QEYD EDLİDİ
17 may 2013-cü il tarixində Heydər Əliyev Mərkəzi 18 may Beynəlxalq muzeylər gününün qeyd olunması ilə bağlı respublukada keçirilən “ Muzey gecələri” aksiyasına qoşularaq Heydər Əliyevin memorial muzeyində “Açıq qapı” günü keçirilmişdir. Aksiya çərçivəsində “Tarix yaşadan məbədlər” mövzusunda Mərkəzin fond müdiri Aygün İbrahimovanın məruzəsi dinlənilmiş, memorial muzeyə rayon sakinlərinin, məktəblilərin və tələbə gənclərin ekskursiyaları təşkil olunmuş və videofilmlər nümayiş etdirilmişdir.
“Açıq qapı” günündə Heydər Əliyev Mərkəzinin direktoru Seyidzadə Şəfiyeva Ulu Öndərin hakimiyyətdə olduğu illər ərzində Azərbaycan mədəniyyətinə, incəsənətinə diqqət və qayğısını qeyd etmiş, milli-mədəni irsin dünya mədəni məkanında tanınması, sevilməsi işindəki əvəzsiz, misilsiz xidmətlərini vurğulamışdır. Azərbaycanda ictimai həyatın müxtəlif sahələri üzrə muzeylərin yaradılması, zəngiləşdirilməsi və inkişaf etdirilməsi proseslərindəki bu düha sahibinin böyük xidmətləri bir daha aksiya iştirakçılarının nəzərinə çatdırılmışdır