Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

BAŞ PROKUROR ZAKİR QARALOV LƏNKƏRANDA VƏTƏNDAŞLARI QƏBUL ETDİ

18 may 2013 | 15:00

Prezident İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq olaraq vətəndaşların qəbulu, onların müraciətlərinə vaxtında baxılması və haqlı tələblərinin təmin edilməsini bütün dövlət təsisatlarının əsas vəzifələrindən biri kimi müəyyənləşdirilmişdir.
Vətəndaşların yerlərdə qəbulu üzrə təsdiq edilmiş qrafikə uyğun olaraq, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov tərəfindən mayın 17-də Lənkəran  rayon prokurorluğunun binasında Astara, Lənkəran, Masallı, Lerik və Yardımlı rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirilmişdir.
Qəbuldan öncə Baş prokuror Zakir Qaralov və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Ümummilli Lider Heydər Əliyev Xatirə Parkına gələrək buradakı abidə önünə gül dəstləri düzmüş, Ulu Öndərin xatirəsini ehtiramla yad etmişlər.
Baş prokuror Zakir Qaralov Heydər Əliyev Mərkəzinin qarşısında şəhid ailələri, müharibə veteranları və rayonda məskunlaşmış məcburi köçkünlərlə görüşərək onların problemləri ilə maraqlanmışdır.
Həmin gün Baş Prokurorluq tərəfindən 320 şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və rayonda məskunlaşmış məcburu köçkün ailələrinə müxtəlif ərzaq məhsullarından ibarət yardımlar edilmişdir.
Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbul zamanı Baş prokuror Zakir Qaralov vətəndaşların müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun, dərhal və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilmişdir.
Baş prokuror tərəfindən hazırkı vaxtadək qəbul edilən 100 nəfərdən çox vətəndaşın müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapmışdır.
Vətəndaşların ərizə və şikayətlərində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, xəbərsiz itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar, təsərrüfat, əmlak, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti üzrə müvafiq icra orqanlarında operativ həlli üçün təxirəsalınmaz zəruri tədbirlərin görülməsi təmin edilmişdir.
Eyni zamanda, qeyd edilən rayonların prokurorlarının iştirakı ilə müşavirə keçirilməklə, respublikamızın mühüm strateji əhəmiyyət kəsb edən cənub bölgəsində ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilmiş, vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları onların diqqətinə çatdırılmışdır.

Keçidlər