LƏNKƏRANDA HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ MƏKTƏBLİLƏR ÜÇÜN TƏŞKİL OLUNAN XARİCİ DİL MƏŞĞƏLƏLƏRİNİN I TURUNUN YEKUNU KEÇİRİLDİ
Heydər Əliyev Mərkəzində Ümummilli Liderin milli tərbiyə və təhsil nəzəriyyəsinə əsaslanaraq, eyni zamanda təhsilin cəmiyyətin inkişafındakı rolunu nəzərə alaraq məktəbli gənclərin asudə vaxtlarının daha səmərəli təşkilindən ötrü tətbiq olunan müxtəlif forma və metodlarla yanaşı xarici dil məşgələləri keçirilir. Oktyabr 2012 –ci il tarixindən start göturən məşgələlərə 16 May 2013- cü il tarixində yekun vurulmuşdur. Yekun məşgələdə təlimçi Fatimə Məmmədova Heydər Əliyevin milli tərəqqidə, dövlət quruculuğunda təhsilin, tərbiyənin düzgün aparılmasına böyük önəm verdiyini vurğulamış, eyni zamanda onun siyasi irsinin gənc nəslin milli və ümumbəşəri dəyərlər zəminində tərbiyə olunması, təhsil alması işində çox dəyərli mənbə olduğunu qeyd etmişdir. Yekun məşgələdə daha çox fərqlənən məktəblilərə Heydər Əliyev Mərkəzinin sertifikatları təqdim olunmuş, uşaqlar üçün Ulu Öndərin ömür yolunu əks etdirən film numayış etdirilmişdir.