ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN DOĞUM GÜNÜ ŞƏRƏFİNƏ LƏNKƏRANIN NARBAĞI KƏNDİNDƏ BULAĞIN AÇILIŞI OLDU
Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi şərəfinə mayın 10-da Narbağı kəndinin sakinləri əsl bayram əhval-ruhiyyəsi yaşadılar. Bu, təbii idi. Axı, həmin gün Narbağı kəndinin mərkəzində əlamətdar yubiley münasibətilə bulağın açılışı həyata keçirildi.
Bu münasibətlə keçirilən mərasimi Rvo bələdiyyəsinin sədri Kamal Hüseynov açaraq bu əlamətdar gün münasibətilə sakinləri təbrik etdi.
Bələdiyyə sədri daha sonra əlavə etdi ki, 60 il bundan əvvəl su xətti kəndin bu ərazisinə çəkilmişdir. 2 kilometr məsafədən gələn su boruları artıq korroziyaya uğramış və istismar müddətini başa vurmuşdu. Hörmətli İcra başçısı Taleh Qaraşov kənd sakinləri ilə son səyyar qəbul-görüşü zamanı bu məsələ kənd sakini Ələddin Ramazanov tərəfindən qaldırıldı. Taleh müəllim məsələnin ciddiliyini nəzərə alıb dərhal tapşırıqlarını verdi . Hörmətli İcra başçımızın yaxından köməyi ilə kəndin mərkəzində bulaq tikildi və 2 kilometrlik su xətləri yeni borularla əvəzləndi. Bu xeyirxahlığına görə kənd sakinləri adından Taleh müəllimə dərin minnətdarlığımızı bildiririk.
Sonra bulağın rəmzi açılışını bildirən qırmızı lent kəsildi, sakinlər bulağın suyundan istifadə etməyə başladılar.