23 avqust hadisələrindən 30 il ötdü
23 avqust 2023 | 16:08
23 avqust dövlətin müstəqilliyinə qarşı çıxan, onu parçalamağa çalışan və vətəndaş müharibəsi törətməyə cəhd edənlərin arzularının puç olduğu gündür. Ümummilli Lider Heydər Əliyevin çağırışına ləyaqətlə, qətiyyətlə, mətanətlə cavab verən lənkəranlılar separatçı və imperiyapərəst qüvvələri tarixin zibilliyinə göndərdilər. Bu gün sözügedən hadisələrindən 30 il ötür. Bu münasibətlə Lənkəranda anım mərasimi keçirilib, hadisələr zamanı separatçılara qarşı mübarizədə həlak olmuş Milli Qəhrəmanlar Sultanağa Bayramovun, Paşa Təhməzovun və Etibar Əliyevin xatirələri anılıb. Lənkəran ŞİH başçısının birinci müavini Möhübbət Babayev Milli Qəhrəmanların büstləri önünə tər qərənfil dəstələri qoyub. Tədbirdə Milli Qəhrəmanların ailə üzvləri və ictimaiyyətin nümayəndələri də iştirak ediblər.