Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN DOĞUM GÜNÜNDƏ LƏNKƏRANIN DAHA BİR KƏNDİNƏ TƏBİİ QAZ VERİLDİ

11 may 2013 | 15:00

Mayın 10-da – Ulu Öndər Heydər Əliyevin doğum günündə Havzava kəndinin sakinləri ikiqat bayram sevincini yaşadılar. Həmin gün iyirmi illik fasilədən sonra kəndə təbii qazın verilişi bərpa edildi.
Bu münasibətlə təntənəli açılış mərasimi keçirildi.
Lənkəran ŞİH başçısının Havzava inzibati ərazi dairəsi üzrə nümayəndəsi  Qurban Quliyev, kənd sakinlərindən Məmmədhüseyn Kərimov, Eynulla Mənsimov, İltifat Həsənov və İldırım Şükürzadə çıxış edərək təbii qazın Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi günündə verilməsini dövlətin havzavalılara ən böyük hədiyyəsi olduğunu bildirdilər, möhtərəm Prezident İlham Əliyevə, Lənkəram ŞİH-nin başçısı Taleh Qaraşova və “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını xoş sözlərlə ifadə etdilər.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov sakinləri təbrik edərək bildirdi ki, bu gün Havzava kənd sakinlərinin həyatında ən əlamətdar gündür. Bu gün Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi günündə kəndə təbii qazın verilməsi  sizin xatirənizdə uzun müddət yaşayacaqdır.
İcra başçısı daha sonra Azərbaycan xalqının sosial rifahının və həyat tərzinin gündən-günə yaxşılaşdığını, dövlətimizin iqtisadi qüdrətinin daha da artdığını diqqətə çatdırdı, bunun bariz nümunəsi kimi indiyədək rayonumuzun 31 yaşayış məntəqəsinin qazlaşdırıldığını, may-iyun aylarında daha 12 kəndə təbii qazın veriləcəyini, ilin sonunadək 71 qəsəbə və kəndin tamamilə qazlaşdırılacağını əminliklə söylədi.
Taleh Qaraşov çıxışının sonunda bu il keçiriləcək növbəti prezident seçkilərində hamını siyasi cəhətdən fəal olmağa və Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamına səs verməyə çağırdı.
İcra başçısı sonda kənd ağsaqqalı Məmmədhüseyn Kərimovla birlikdə rəmzi məşəli alovlandırdı.

Keçidlər