LƏNKƏRANDA “DÜZGÜN İXTİSAS SEÇİMİNDƏ VALİDEYNİN ROLU” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR
Mayın 8-də Heydər Əliyev Mərkəzində Lənkəran ŞİH-nin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsi Lənkəran rayon Məşğulluq Mərkəzinin birgə təşkilatçılığı ilə “Düzgün ixtisas seçimində valideynin rolu” mövzusunda təlim xarakterli seminar keçirilmişdir. Seminarda rayonun müxtəlif məktəblərinin 11-ci sinif şagirdləri, valideynlər, KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Lənkəran ŞİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimov açaraq seminarın əhəmiyyətindən danışmış, gənclərin ixtisas seçimində daha diqqətli olmalarını, bu işdə valideynlərin də onlara düzgün istiqamət vermələrini tövsiyə etmişdir.
Seminarda “American Academi” MMC-nin nümayəndəsi Elnur Tağıyev çıxış edərək bir çox ixtisas seçimi ilə bağlı gəncləri təlimatlandırmış, onları xarakterlərinə və həvəs göstərdikləri, gələcəkdə fəaliyyətlərini davam etdirə biləcəkləri ixtisaslara üstünlük vermələrini arzu etmişdir.
Seminarda 11-ci sinif şagirdlərini və valideynləri maraqlandıran suallar cavablandırılmışdır.