Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA ÜMUMMİLLİ LİDERİN 90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MÖHTƏŞƏM BAYRAM KONSERTİ KEÇİRİLDİ

08 may 2013 | 15:00

Respublikamızın hər yerində Ümummilli Lider  Heydər Əliyevin  90 illik yubileyinin təntənəsi yaşanır. İdarə, müəssisə və təşkilatlarda, ümumtəhsil məktəblərində, ali və orta ixtisas təhsil ocaqlarında və s.  rəngarəng, silsilə yubiley tədbirləri keçirilir, bayram konsertləri düzənlənir.
Mayın 7-də Lənkəran şəhər Mərkəzi Stadionunda əlamətdar yubiley münasibətilə möhtəşəm bayram konserti oldu. Konsertə 10 mindən artıq lənkəranlı təşrif buyurmuşdu. Onlar Bakıdan dəvət olunmuş, o cümlədən, Lənkəranda yaşayan populyar müğənnilərin ifalarını dinlədilər, mənalı istirahət dəqiqələri yaşadılar.
Yerli müğənnilərdən Cavad Rəcəbovun, Əsəd Bayramovun,  skripkaçı  İlqar Əliyevin, “Muğam üçlüyü”nün, “Nənələr” folklor kollektivinin, Bakıdan gəlmiş sənət adamlarından Əlikram Bayramovun, Rəşad İlyasovun, Firuzə İbadovanın, Aynişan Quliyevanın,  Elşad və Rəvan Qarayevlərin, Aybəniz və Şahnaz Haşımovaların, Nisə Qasımovanın və başqalarının ifasında səslənən şux melodiyalar və oynaq nəğmələr lənkəranlı sənətsevərlərə xoş əhval-ruhiyyə bəxş etdi.
Konsertdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, bütün idarə, müəssisə və təşkilatların rəhbərləri öz kollektivləri ilə birlikdə iştirak edirdilər.

Keçidlər