Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ “XƏMSƏ” MİLLİ İNTELLEKTUAL OYUNU ÜZRƏ YARIŞ KEÇİRİLDİ

06 may 2013 | 15:00

05 may 2013-cü il tarixində, Heydər Əliyev Mərkəzində Lənkəran şəhər Gənclər və İdman İdarəsi və “Araz” hazırlıq kurslarının birgə təşkilatçılığı ilə  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş “Xəmsə” Milli İntellektual oyunu üzrə yarış keçirilmişdir.Tədbirdə Ümumilli Lider Heydər Əliyevin  azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətlərinin olduğu qeyd edilərək, Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə onun adı ilə bağlı olması bildirildi.
Tədbirin sonunda 1-ci, 2-ci və 3-cü yeri tutan komandaların üzvləri Lənkəran şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olundular və onlara xatirə hədiyyələri verildi.

Keçidlər