LƏNKƏRANDA ÜMUMMİLLİ LİDERİN 90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ VI ÜMUMRESPUBLİKA ƏNƏNƏVİ KİTAB BAYRAMI KEÇİRİLMİŞDİR
Mayın 6-da Lənkəran şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş VI Ümumrespublika ənənəvi kitab bayramı keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları Kitabxana sistemində nümayiş olunan kitab sərgiləri ilə tanış olmuşlar.
Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Validə Məmmədova açmışdır.
Sonra “Tərəqqi” medallı kitabxana işçisi Siddiqə Rzayeva, Azərbaycan Yazıçılar Birliyi Lənkəran zona şöbəsinin sədri İltifat Saleh, Prezident təqaüdçüsü, şair, filologiya elmləri namizədi Mirhaşım Talışlı və başqaları kitablar haqqında ürək sözlərini söyləmiş, hər bir insanın həyatda mövqe qazanmasında kitabların oynadığı əhəmiyyətli roldan danışmışlar. Tədbirdə məktəb şagirdlərinin və bağça fidanlarının ifasında Ulu Öndərə həsr olunmuş şeirlər və mahnılar səslənmişdir.