Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA GƏNCLƏR ÜMUMMİLLİ LİDERİ ANDILAR

04 may 2013 | 15:00

Mayın 3-də Yeni Azərbaycan Partiyası Lənkəran şəhər təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə Ümumilli Lider Heydər Əlyevin anadan olmasının 90-cı ildönümünə həsr olunan konfrans keçirildi.
Heydər Əliyev Dövlət İdarəçilik Universitetində təşkil olunan tədbiri YAP Lənkəran şəhər təşkilatı Gənclər Birliyinin sədri Yalçın Əliyev açaraq “Heydər Əliyev və müasir Azərbaycan Gəncliyi” mövzusunda geniş məruzə ilə çıxış etdi.
Sonra konfrans iştirakçılarının məruzə ətrafında çıxışları dinlənildi.
Yap Lənkəran şəhər təşkilatı Gənclər Birliyinin sədr müavini Samir Salayev, Gənclər Birliyinin üzvü Araz Məmmədov, Lənkəran Dövlət Universitetinin Gənclər təşkilatının sədri Uğur Qurbanzadə Ümummilli Liderlə bağlı fikirlərini bölüşdülər. Çıxışlarda qeyd olundu ki, bu gün Ulu Öndər Heydər Əliyevin gərgin əməyi və uzaqgörən siyasəti nəticəsində qurduğu müasir Azərbaycan dövləti gənc nəslə verilmiş ən böyük əmanətdir. Məhz buna görədir ki, bu əmanəti qorumaq, onu daha da inkişaf etdirmək ən əvvəl Azərbaycan gəncinin borcudur. Bunun üçün isə hər bir Azərbaycan gənci dahi şəxsiyyətin həyat və fəaliyyətini yaxından öyrənməli, onun dövlətimizin çiçəklənməsi və daha da inkişaf etməsi naminə həyata keçirmiş olduğu siyasi ideyaya sadiq qalmalı, Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməlidir.

Keçidlər