Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA “ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV VƏ MİLLİ DÖVLƏTÇİLİK” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLDI

04 may 2013 | 15:00

Mayın 3-də Ümummilli Liderin 90 illik yubileyi münasibətilə Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin adını daşıyan Xatirə parkına gələrək abidəsi önünə gül-çiçək dəstələri düzüblər.
Daha sonra onlar Heydər Əliyev Mərkəzində Ulu Öndərin şərəfli ömür yolunu əks etdirən ekspozisiya ilə tanış olublar.
MTN-nin cənub şöbələrinin rəhbərlərinin qatıldığı tədbiri MTN Lənkəran şəhər şobəsinin rəisi Aydın Piriyev açaraq “Heydər Əliyevin  həyatı və milli təhlükəsizlik orqanlarındakı fəaliyyəti” barədə geniş məlumat verib. Bildirib ki, xüsusi xidmət orqanlarındakı 25 illik fəaliyyəti hamımız üçün parlaq örnək olan Heydər Əliyev 1944-cü ildən Dövlət Təhlükəsizlik Komitəsində leytenant rütbəsində çalışmağa başlayıb. 1949-1950-ci illərdə Heydər Əliyev Leninqradda DTK-nın xüsusi ali məktəbində oxuyub, oranı əla qiymətlərlə bitirib vətənə qayıtdıqdan sonra Bakıda Dövlət Təhlükəsizlik Komitəsində baş leytenant rütbəsində fəaliyyətini davam etdirib.
A.Piriyev daha sonra Heydər Əliyevin təhlükəsizlik orqanlarında, eləcə də sonrakı fəaliyyəti zamanı xalqımız, dövlətimiz üçün gördüyü misilsiz xidmətlərindən bəhs edib.
MTN-nin şöbə rəisi  Seymur Şeydayevin “Heydər Əliyev və milli mənlik şüuru” mövzusunda məruzəsi dinlənilib. Qeyd edib ki, çalışdığı bütün dövrlərdə Ümummilli Lider daim xalqımızın ən yaxşı övladlarının hamisi, qoruyucusu olub.
Heydər Əliyev mili ruhlu insanlarımızı qorumaq üçün sovet dövründə azərbaycançılıq məfkurəsini həmişə öndə tutub. Ziya Bünyadovu, Xudu Məmmədovu, Bəxtiyar Vahabzadəni, Xəlil Rzanı və digər tanınmış ziyalıları sovet repressiya aparatından qoruyub .
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev öz zəngin dövlətçilik təcrübəsi, uzaqgörənliyi, qətiyyəti və cəsarəti ilə Azərbaycanın müstəqilliyini məhv olmaq təhlükəsindən xilas edib. Böyük səylər bahasına hüquqi, demokratik dövlət quruculuğuna başlayan Ulu Öndər müstəqil Azərbaycanın mövcud reallıqlarının tələblərinə cavab verə biləcək etibarlı milli təhlükəsizlik sisteminin formalaşdırılmasına nail olub.
Çıxış edənlər Ümummulli Liderin miras qoyduğu uğurlu daxili və xarici siyasətin bu gün də ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıblar.
Tədbir Ümummili Liderə həsr olunmuş filmin nümayişi ilə başa çatıb.

Keçidlər