Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA ÜMUMMİLİ LİDER HEYDƏR ƏLİYEVİN 90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ NÖVBƏTİ KONFRANS KEÇİRİLDİ:“AZƏRBAYCANIN TƏRƏQQİ YOLUNA NUR SAÇAN GÜNƏŞ – ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV”

03 may 2013 | 15:00

Mayın 2-də Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyəti və YAP Lənkəran şəhər Təşkilatı ilə birlikdə “Azərbaycanın tərəqqi yoluna nur saçan günəş – Ümummilli Lider Heydər Əliyev” mövzusunda konfrans keçirildi.
Əvvəlcə konfrans iştirakçıları Heydər Əliyevin büstünü ziyarət etdilər, önünə gül dəstələri qoydular.
Konfransı giriş sözü ilə açan Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da Ulu Öndərin 90 illik yubileyi münasibətilə silsilə tədbirlərin keçirildiyini söylədi. Bugünkü konfransın həmin tədbirlərdən biri olduğunu diqqətə çatdırdı.
İcra başçısı qeyd etdi ki, Azərbaycan torpağı zaman-zaman bölünsə də, bəşər tarixinə, dünya sivilizasiyasına görkəmli, dahi şəxsiyyətlər bəxş etmişdir. Ötən yüzillikdə xalqa rəhbərlik kimi böyük tarixi missiyanı yerinə yetirmək qüdrətinə malik dahi şəxsiyyətlər arasında dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyev müstəsna yer tutur. Əsrin üçdə biri ərzində Azərbaycanın rəhbəri olmuş Ulu Öndər yalnız və yalnız Vətənə sədaqətlə xidmət etməyi düşünərək bütöv bir xalqın taleyini yaşamışdır. Heydər Əliyevin  böyük zəhmət, yorulmaz fəaliyyət hesabına qurub yaratdıqları xalqımızın misilsiz sərvətinə çevrilmişdir. Azərbaycanın işıqlı sabahı naminə Ulu Öndərin həyata keçirdiyi nəhəng işlərin bəhrələri təkcə bizə deyil, gələcək nəsillərə də kifayət edər.
“Zaman ən böyük hakimdir” deyimini xatırladan Taleh Qaraşov Ulu Öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini 6 mərhələyə  böldü : 1940-1969-cu illər (DTK-da fəaliyyət illəri), 1969-1982-ci illər (Azərbaycanda hakimiyyətdə olduğu illər), 1982-1987-ci illər (Moskva dövrü), 1987-1990-cı illər (Moskva, təqiblər dövrü), 1990-1993-cü illər (Naxçıvan dövrü) və 1993-2003-cü illər (Azərbaycanda dövlət quruculuğu illəri). Azərbaycan tarixinə əbədi həkk olunmuş bu illər ərzində Heydər Əliyev müstəqil Azərbaycanı xalqımıza bəxş etdi. Ulu Öndər milli dövlətçilik ideologiyasının şəriksiz lideridir. Dahi rəhbərin ictimai-siyasi fəaliyyətinin ana xəttini Azərbaycançılıq ideologiyası təşkil edir. Azərbaycanı yalnız milli mənlik şüuruna, milli dövlətçilik məfkurəsinə malik şəxs idarə edə bilərdi – bu, Heydər Əliyev idi.
İcra başçısı bildirdi ki, Azərbaycan tarixinə qurucu, islahatçı rəhbər kimi daxil olan Heydər Əliyevin 1969-cu ildə siyasi rəhbərliyə gəlişi ilə respublikanın dirçəliş, sürətli inkişaf dövrü başlanmışdır. Ölkə qısa zaman ərzində inkişaf, tərəqqi yoluna qədəm qoymuşdur. Kənd təsərrüfatı, sənaye, tikinti, təhsil, səhiyyə, mədəniyyət, ümumiyyətlə, təsərrüfatın bütün sahələrində misli görünməmiş nailiyyətlər əldə olunmuşdur.
Taleh Qaraşov xüsusi vurğuladı ki, Dahi Rəhbərin titanik fəaliyyəti keçən əsrin 70-80-ci illərində Azərbaycanı kiçik aqrar diyarından nəhəng elmi-texniki potensiala malik, İttifaqda öncül yerlərdən birini tutan sənaye respublikalarından birinə çevirmişdir.
İcra başçısı daha sonra qeyd etdi ki, 1993-cü ildə Azərbaycan ən ağır, məşəqqətli günlərini yaşayırdı. Məhz Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev zəkası, qətiyyəti və zəngin dövlətçilik təcrübəsi Azərbaycanı vətəndaş müharibəsindən, parçalanmadan, dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi.
Taleh Qaraşov çıxışında həmçinin Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini dilə gətirdi, iki dəfə 1996-2002-ci illərdə Ümummilli Liderin Sərəncamları ilə İcra başçısı vəzifələrinə təyin edilməsindən söhbət açdı, Dahi Rəhbərin ona verdiyi tövsiyələri xatırlatdı.
İcra başçısı çıxışının sonunda bildirdi ki, nə qədər Azərbaycan var Ulu Öndərimiz Heydər Əliyev də əbədi yaşayacaqdır.
Sonra Lənkəran ŞİH başçısının birinci müavini, Yeni Azərbaycan Partiyası Lənkəran şəhər Təşkilatının sədri İlqar Dadaşovun məruzəsi dinlənildi. Natiq Ümummilli Liderin keçdiyi şərəfli ömür yolundan ətraflı bəhs etdi, bu müdrik şəxsiyyətin yüksək diqqəti, gündəlik qayğısı sayəsində 1969-1982 və 1993-2003-cü illərdə Lənkəranın da çox sürətlə inkişaf etdiyini, bütün sahələrdə yüksək qələbələrin qazanıldığını diqqətə çatdırdı. Məhz Ulu Öndərin təşəbbüsü və gərgin səyi ilə Xanbulançay kimi nəhəng dəryaça, hava limanı, Lənkəran Dövlət Dram Teatrı, yeni mikrorayon, xəstəxana kompleksi, çoxlu təhsil, səhiyyə, mədəniyyət ocaqlarının tikilib istifadəyə verildiyini xüsusi vurğulayan natiq əlavə etdi ki, keçmiş İttifaqın 900-dən çox şəhərinə tərəvəz, sitrus meyvələri, sənaye məhsulları yola salan Lənkəran “Ümumittifaq bostan”ı adlandırılmış, respublikada güclü iqtisadi və mədəni potensiala malik mərkəzlərdən birinə çevrilmişdir.
İ.Dadaşov keçən əsrin 70-80-ci illərində Ulu Öndər Heydər Əliyevin dəfələrlə Lənkərana səfərlərindən söhbət açdı. 1998-ci il oktyabrın 5-də prezident seçkiləri ərəfəsində Cənub bölgəsinin seçiciləri ilə şəhərin mərkəzi meydanında görüşərkən Ulu Öndər Heydər Əliyevin dediyi bu müdrik kəlamları konfrans iştirakçılarının diqqətinə çatdırdı : “Siz Azərbaycanın bu gözəl diyarını qurub-yaradanlarsınız, siz bu bölgənin müdrik insanlarının varislərisiniz. Siz Talışxanovlar, generallar sülaləsinin varislərisiniz. Siz ikinci dünya müharibəsində qəhrəmanlıq göstərmiş, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adı almış general Həzi Aslanovun varislərisiniz, onun həmyerlilərisiniz, onun doğmalarısınız.
Azərbaycanın Talış dağları, bu Talış diyarı Azərbaycan xalqının böyük insanlarını, böyük şəxsiyyətlərini yetişdirmişdir. Siz burada – Lənkəranda, bu Talış dağlarının ətəyində Azərbaycan elmini, mədəniyyətini, təhsilini inkişaf etdirən dəyərli insanlar yetişdirmisiniz. Biz bunlarla fəxr edirik, bütün Azərbaycan xalqı da bu dəyərli insanlarla fəxr edir.”
Məruzəçi sonda Ulu Öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin Lənkəranın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi haqqında keçən il imzaladığı Sərəncamların uğurla həyata keçirilməsindən danışdı, dövlət başçımızın daxili və xarici siyasətinin respublikanın hər yerində olduğu kimi, Lənkəranda da daim dəstəklədiyini və onun ətrafında sıx birləşdiklərini əminliklə söylədi.
Məruzə ətrafında müzakirələrdə rayon Ağsaqqallar Şurasının sədr müavini, keçmiş partiya-sovet  işçisi Sərhad Məmmədov, Xalq artisti Qabil Quliyev, şəhər Təhsil şöbəsinin müdir müavini, YAP ərazi ilk təşkilatının sədri Güloğlan Bağırov, Tibb Kollecinin direktoru İqbal Əmənullayev çıxış edərək rəy və mülahizələrini bildirdilər.
Sonda İcra başçısı Taleh Qaraşov YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə partiyanın üzvlük vəsiqələrini təqdim etdi.

Keçidlər