Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ŞAHMAT TURNİRİ KEÇİRİLDİ

30 aprel 2013 | 15:00

29 aprel 2013-cü il tarixində Heydər Əliyev Mərkəzində Ulu Öndərin 90 illik yubileyinə həsr olunmuş məktəblilərin şahmat üzrə tempo turniri keçirilmişdir. Turnir Şəhər Təhsil şöbəsi, Heydər Əliyev Mərkəzi və Şahmat məktəbinin təşəbbüsü ilə baş tutmuşdur. Yarışın əsas məqsədi Ümummilli Liderin 90 illik yubileyinin qeyd olunması, “2009 -2014-cü illərdə Azərbaycan şahmatının inkişaf etdirilməsi haqqında Dövlət Proqramı”nın icrası,məktəblilər arasında idman və dostluq əlaqələrinin möhkəmləndirilməsi və şahmat, idman növünün məktəblilər arasında təbliğindən ibarətdir.
Turnirin açılışında Heydər Əliyev Mərkəzinin direktoru Seyidzadə Şəfiyeva və Şahmat məktəbinin direktoru İdrak Dadaşov çıxış edərək, Ulu Öndərin uşaqlara qayğı və diqqətini ön plana çəkmiş, onun Azərbaycan dövlətinin inkişafı sahəsindəki misilsiz xidmətlərini vurğulamışdırlar.
Turnirin sonunda qaliblərin mükafatlandırılması keçirildi.I yerin qalibi – Orxan Kazımov - 4 saylı tam orta məktəbin şagirdi, II yerin qalibi –Hacıəli Əhədzadə - Şağlaküçə kənd tam orta məktəbin şagirdi, III yerin qalibi – Qəmbərov Abdulla - 2 saylı tam orta məktəbin şagirdi və qızlar arasında fəal iştirakçı nominasiyası üzrə Nəzrin Mirzəzadə - 10 saylı tam orta məktəbin şagirdi Heydər Əliyev Mərkəzinin diplomu və hədiyyələri ilə mükafatlandırılmışlar.

Keçidlər