Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA MÜSABİQƏ QALİBLƏRİ OLAN TƏLƏBƏLƏR MÜKAFATLANDIRILDILAR

30 aprel 2013 | 15:00

Aprelin 29-da Lənkəran Humanitar Kollecin bir qrup tələbəsinin mükafatlandırılması məqsədilə N.B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında tədbir keçirildi.
Tədbiri giriş sözü ilə humanitar kollecin direktoru Şaban Şəfiyev açaraq son illər ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, bunun nəticəsində gənclərimizin dövrün tələblərinə uyğun səviyyədə yetişməsindən və dövlətimizi beynəlxalq və respublika səviyyəli müxtəlif müsabiqələrdə layiqincə təmsil etmələrindən danışdı.
Sonra Lənkəran ŞİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli çıxış edərək ölkədə həyata keçirilən gənclər siyasətindən danışdı, respublikamızı müsabiqələridə təmsil edən gənc tələbələri əldə etdiyi nailiyyətlər münasibətilə təbrik etdi.
Daha sonra 4 nəfər tələbəyə Lənkəran Şəhər İcra Hakimiyyətinin Fəxri fərmanları və qiymətli hədiyyələri təqdim edildi.
Məlumat üçün bildirək ki, mükafatlandırılanlar arasında Lənkəran Humanitar Kollecinin musiqi şöbəsinin xor dirijorluğu fakültəsinin 3-cü kurs tələbəsi Aysel Nərimanova Ukraynanın Kiyev şəhərində keçirilən “Böyük səhnə” musiqi musabiqəsində birinci yerə, Humanitar Kollecin musiqi şöbəsinin balaban istisası üzrə 3-cü kurs tələbəsi Əlisa Qafarlı Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən Respublika Musiqi Müsabiqəsinin diplomantı adına, Rufanə Hacızadə Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş inşa-yazı müsabiqəsində 1-ci yerə, Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş karate üzrə respublika çempionatında uğurlu çıxışına görə Əli Əhmədov birinci yeri tutaraq ilin idmançısı adına layiq görülmüşdür.
Tədbir boyu Aysel Nərimanova, Əlisa Qafarlı və Humanitar Kollecin digər tələbələrinin ifasında müxtəlif musiqi nömrələri səsləndirilmişdir.

Keçidlər