LƏNKƏRAN MƏRKƏZİ RAYON XƏSTƏXANASI HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN 90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRTDİ
Aprelin 26-da Heydər Əliyev Mərkəzində Lənkəran Mərkəzi Rayon Xəstəxanası Akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirdi.
Əvvəlcə “Şərəf dolu ömür yolu” adlı fotoslayd nümayiş etdirildi.
Tədbiri giriş sözü ilə Mərkəzi Rayon Xəstəxanasının baş həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru Ağabala Kəlbiyev açaraq Zərifə xanım Əliyevanın şərəfli ömür yolu haqqında məlumat verdi.
Sonra MRX baş həkiminin müavini Əbülfət Məmmədovun məruzəsi dinlənildi. Məruzədə Zərifə xanım Əliyevanın mənalı həyat və fəaliyyəti haqqında, oftalmologiya sahəsində göstərdiyi misilsiz xidmətlər, ixtiralar və yeniliklər barədə müfəssəl məlumat verildi.
Məruzə ətrafında müzakirələrdə MRX baş həkiminin müavini, oftalmoloq Taleh Məmmədov, Mamusta kənd sahə xəstəxanasının baş həkimi Şakir Qasımov və başqaları çıxış edərək Zərifə xanım Əliyevan görkəmli oftalmoloq, ictimai xadim, mehriban ana, xeyirxah insan, səmimi ömür-gün yoldaşı kimi xarakterizə etdilər, onun xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğunu bildirdilər.
Lənkəran ŞİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli tədbiri yekunlaşdıraraq cənab Prezident İlham Əliyevin Akademik Zərifə Əliyevanın 90 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncama əsasən rayonumuzda silsilə tədbirlərin keçirildiyini söylədi, əlamətdar yubileyin elm, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində, rayonun bütün idarə, müəssisə və təşkilatlarında təntənəli şəkildə qeyd olunduğunu diqqətə çatdırdı.