Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLDİ

26 aprel 2013 | 15:00

Aprelin 25-də Heydər Əliyev Mərkəzində rayon təhsil işçilərinin iştirakı ilə “Əsl vətəndaş, görkəmli şəxsiyyət, əvəzolunmaz Lider” adlı elmi-praktik konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə Lənkəran şəhər Təhsil Şöbəsinin müdiri Şəhanə Əhmədova açaraq, Ümummilli Liderin  Azərbaycanın dövlətçilik tarixində oynadığı müstəsna roldan danışmış, onun müstəqil Azərbaycanın memarı olduğunu bir daha diqqətə çatdırmışdır.
Sonra məruzə üçün söz Təhsil şöbəsinin müdir müavini Güloğlan Bağırova verilmişdir. O, qüdrətli Lider, əsl vətəndaş, görkəmli dövlət xadimi, mahir diplomat, fenomen insan Heydər Əliyevin çoxsahəli fəaliyyəti haqqında ətraflı məruzə etmişdir.
Məruzə ətrafında çıxışlarda Havzava kənd tam orta məktəbinin müəllimi İldırım Şükürzadə, şəhər 7 saylı  tam orta məktəbin müəllimi Maisə Axundova, şəhər 6 saylı tam orta məktəbin müəllimi Zamin Baxşıyev, şəhər 8 saylı orta məktəbin müəllimi Münasib Quliyev Ulu Öndərin milli təhsil sisteminin yenidən qurulmasında həyata keçirdiyi islahatlardan, təhsilimizin milli mənafelər və milli məqsədlər üzərində qurulması, təhsilin humanistləşdirilməsi, demokratikləşdirilməsi və s. üçün gördüyü işlərdən danışmışlar.
Sonra orta məktəb şagirdlərinin ifasında Ümummilli Liderə həsr olunmuş şeirlər səslənmişdir.
Daha sonra Heydər Əliyevin 90 illiyi münasibətilə şəhər Təhsil Şöbəsi tərəfindən məktəblilər arasında keçirilən inşa müsabiqəsinin qaliblərinə diplomlar təqdim olunmuşdur.
Sonda Heydər Əliyev haqqında film nümayiş olunmuşdur.
Konfransda Lənkəran ŞİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli iştirak etmişdir.

Keçidlər