Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

“ÖMÜR” KLİNİKASI LƏNKƏRANDA XEYRİYYƏ AKSİYASI KEÇİRDİ

22 aprel 2013 | 15:00

2003-cü ildən fəaliyyət göstərən “Ömür” klinikasında müxtəlif xəstəliklərin müalicəsi orqanizmə zərər vermədən uzunmüddətli təsir göstərən və əsrlərin sınağından çıxmış təbii metodlarla həyata keçirilir. Bu metodların tətbiqi sonsuzluğun, metabolizmin pozulması, daxili orqanların, ürək-damar və sinir sistemi xəstəliklərinin, piylənmə, şəkər, zob, dəri, göz xəstəliklərinin, sellülitin müalicəsində, həm də pasientlərin sağlamlığının tam bərpa olunmasında yüksək effekt verir.
“Ömür” klinikası vaxtaşırı respublikamızın bölgələrində xeyriyyə aksiyaları  keçirir. Bu il ilk xeyriyyə aksiyası aprelin 21-də Lənkəran Müalicə-Diaqnostika Mərkəzində reallaşdı.
Klinikanın baş həkimi, fəlsəfə elmləri üzrə tibb doktoru Gülnarə Məmmədovanın məlumatına görə, Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 90 illik yubileylərinə həsr olunan aksiyada klinikanın həkim briqadası Lənkəranda yaşayan əhalini müayinə etdi.
Müraciət edən vətəndaşlar klinikanın ginekoloq, kardioloq, endokrinoloq, nevropatoloq, dəri-zöhrəvi , pediatrlardan ibarət həkim heyətinin müayinəsindən və konsultasiyasından keçdilər, həkimlərin tövsiyə və məsləhətlərini dinlədilər.
Müayinədən keçənlər klinikanın əməkdaşlarının xidmətindən razılıqlarını bildirdilər.

Keçidlər