Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ ULU ÖNDƏRİN 90 İLLİK YUBİLEY TƏDBİRLƏRİ ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ TƏDBİR KEÇİRİLDİ

20 aprel 2013 | 15:00

19 aprel 2013-cü il tarixində Heydər Əliyev Mərkəzində Ulu Öndərin 90-illik yubiley tədbirləri çərçivəsində Şəhər Təhsil Şöbəsi ilə birgə keçirilən inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilmişdir. Mərasimdə Heydər Əliyev Mərkəzinin direktoru Seyidzadə Şəfiyeva və Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi Səriyyə Kələntərli çıxış edərək qalibləri təbrik etmiş, Ulu Öndərin gənc nəslin inkişafı prosesində, elmə və təhsilə böyük dəyər verdiyini, onun milli-mənlik məfkurəsinin formalaşmasında təhsilin əvəzsiz rolu barədə dəyərli fikirlərini vurğulamışlar. Tədbirdə Heydər Əliyev irsinin məktəbli gənclər üçün örnək olduğu, bu irsdən zaman-zaman bəhrələnməyin vacib şərt olduğu qeyd olundu.
Sonra şəhər 3 saylı tam orta məktəbin 1-ci sinif şagirdi Talışlı Mirfatma Mirmurtuza qızı I yer, şəhər 1 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Əsədova Məleykə Fazil qızı II yer və şəhər 7 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Yaqubzadə Şəms Mütəllim qızı III yer tutduqlarına görə Mərkəz tərəfindən diplom və hədiyyələrlə mükafatlandırıldılar.

Keçidlər