HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ SƏRGİ KEÇİRİLDİ
16 aprel 2013-cü il tarixində Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində Ulu Öndərin 90-illik yubileyinə həsr olunmuş “Nə qədər ki, Azərbaycan var məndə varam” adlı sərgi keçirilmişdir. Sərgidə Mərkəzin rəsm studiyasının fəallarının əl işləri nümayiş etdirilmişdir. Mərkəzin direktoru Seyidzadə Şəfiyeva sərginin açılışında Ümummilli Liderin ictimai-siyasi irsi haqqında məlumat verdi, bu dahi insanın cəmiyyətin əsas potensial qüvvəsi kimi uşaq və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinə və mədəni irsə varislik prinsiplərinə, uşaqların maraq dairələrinin öyrənilməsi və inkişaf etdirilməsi məsələlərinə çox böyük önəm verdiyini vurğuladı. Sonra əl işlərinin nominasiyalar üzrə qaliblərinə diplomlar təqdim olundu. Ən fəal iştirakçı nominasiyası üzrə Lənkəran Dövlət Humanitar Kollecinin tələbəsi Cabbarlı Ümüd Ramazan oğlu və Liman şəhər 1 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Əbdülrəhimli Aytac Samir qızı, müvəffəqiyyətlərinə görə şəhər 4 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Əliyeva Jalə İlqar qızı, 6 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Mirzəyeva Gülşən Murad qızı və ən kiçik iştirakçı nominasiyası üzrə şəhər 4 saylı orta məktəbin 1-ci sinif şagirdi Ağazadə Jalə Rafiq qızı diplomla mükafatlandırıldı.