Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

2026-cı ilin ilk günlərindən Lənkəranda abadlıq, təmir-bərpa işlərinə başlanılıb

15 yanvar 2026 | 16:47

    Lənkəran rayonunun sosial-iqtisadi inkişaf planına uyğun olaraq 2026-cı ilin ilk günlərindən abadlıq, təmir-bərpa işləri, vətəndaşların rahat hərəkəti və istirahəti üçün lazımi işlərin görülməsinə başlanılıb.

    Kompleks şəkildə aparılan abadlıq-quruculuq işləri hazırda şəhər ərazisindəki bir sıra küçə və prospektlərdə davam etdirilir. Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə səkilərə yeni tametlərin döşənməsi, deformasiyaya uğrayan səki daşlarının yeniləri ilə əvəzlənməsi, yeni bordurlərin qoyulması, habelə yolboyu hasarlara mala və yeni üzlüklərin vurulması, divarların və eləcə də çoxmərtəbəli binaların bloklarının rənglənməsi işləri aparılır.

    İlkin mərhələdə Kamil Kazımov, Həsanağa Abdullayev, Mirhaşım Ağayev, Anar Əliyev, Soltanağa Bayramov, Vaqif Məmmədov, İsrafil Babayev, Elşad Zeynallı, Mir Mustafaxan, Şirəli Axundov, Səttarxan, Tofiq Aslanov, Əliağa Vahid, Zərifə Əliyeva 78/4,78/17,78/13,75/2 və Şəhidlər Xiyabanı 46/5 ünvanlarında sözügedən istiqamətdə işlərin aparılması nəzərdə tutulur.

    Qeyd edək ki, konkret qrafik üzrə aparılan işlər bütün şəhər ərazisini əhatə edəcək və yaxın müddətdə digər ərazilərdə də işlərin görülməsi nəzərdə tutulur.

    Aparılan abadlıq-quruculuq işləri Lənkəran sakinləri tərəfindən məmnuniyyətlə qarşılanır və sakinlər görülən işlərə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.

Keçidlər