TQDK-NIN SƏDRİ LƏNKƏRANDA CƏNUB BÖLGƏSİNİN VƏTƏNDAŞLARI İLƏ GÖRÜŞMÜŞDÜR
Aprelin 11-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin Lənkəran şəhərində keçirdiyi qəbulda ümumilikdə 50-dən çox vətəndaş iştirak edib. Heydər Əliyev mərkəzində baş tutan görüşdə vətəndaşların əsas müraciətləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının səlahiyyətləri çərçivəsində deyil, digər qurumlarla bağlı olub.
Qəbula gələn vətəndaşların müraciətləri yerindəcə araşdırılaraq müvafiq tədbirlərin görülməsi, aidiyyəti qurumlara çatdırılması və nəzarətə götürülməsi üçün qeydiyyata alınıb.
Qəbulda iştirak edən vətəndaşlar görüşdən məmnun qaldıqlarını və belə görüşlərin regionlarda keçirilməsini vacibliyini vurğuladılar.
Saat 10:30-dan başlanılan qəbul günün ikinci yarısına kimi fasiləsiz olaraq davam edib. Qeyd edək ki, qəbul bitdikdən sonra TQDK sədri cənub bölgəsinə daxil olan rayonların təhsil şöbələrinin numayəndələri ilə görüş keçirib. Görüşdə qəbul imtahanı və buraxılış imtahanı ilə bağlı problemlər müzakirə edilib.