Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİNDƏ NÖVBƏTİ APARAT MÜŞAVİRƏSİ KEÇİRİLDİ

10 aprel 2013 | 15:00

Lənkəran ŞİH-də ənənəvi aparat müşavirəsi aprelin 9-da keçirildi. Müşavirədə ŞİH-nin başçısı Taleh Qaraşov, İcra başçısının müavinləri, şəhər İcra hakimiyyətinin, inzibati ərazi dairələrinin nümayəndələri, bələdiyyə sədrləri, rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin rəhbərləri  iştirak edirdi.
Müşavirəni giriş sözü ilə ŞİH-nin başçısı Taleh Qaraşov açdı.
Lənkəran ŞİH başçısının birinci müavini İlqar Dadaşov ötən həftə ərzində şəhər və rayon ərazisində görülən işlər barədə məlumat verdi, cari həftədə yarımçıq qalmış işlərin davam etdirilməsini diqqətə çatdırdı, ayrı-ayrı məsul şəxslərin qarşısında duran vəzifələrdən danışdı.
Müşavirəni yekunlaşdıran İcra başçısı Taleh Qaraşov Heydər Əliyev Xatirə parkında son tamamlama işlərinin keyfiyyətlə və vaxtında  başa çatdırılması,  Göyşaban ərazisində salınan mənzərəli guşədə işlərin sürətləndirilməsi üçün konkret tapşırıqlarını verdi, şəhərin küçə və prospektlərində, bağ və parklarında, idarə və müəssisələrin, kommersiya və ticarət obyektlərinin yerləşdiyi  ərazinin qarşısında iməcilik yolu ilə abadlıq və səliqə-səhman tədbirlərinin  daim diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğuladı.

Keçidlər