İLHAM ƏLİYEV LƏNKƏRANDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİ ZİYARƏT ETMİŞDİR
31 iyul 2012 | 15:00
Prezident İlham Əliyev Lənkəran rayonuna səfərə gəlmişdir.
Dövlət başçısı Lənkəran şəhərinin mərkəzindəki Heydər Əliyev xatirə parkında xalqımızın ümummilli liderinin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Prezident İlham Əliyevə məlumat verdi ki, bu park hazırda rayon sakinlərinin və qonaqların istirahəti üçün ən çox üz tutduqları məkandır. Ümumi sahəsi dörd hektar olan parkda geniş abadlıq-quruculuq işləri aparılmış, yaşıllıq zolaqları salınmış, fəvvarələr quraşdırılmışdır. Heydər Əliyev xatirə parkında asudə vaxtın səmərəli keçirilməsi və mənalı istirahət üçün hər cür şərait vardır.