Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

AZƏRBAYCAN QADINLARININ IV QURULTAYINA HAZIRLIQ ÇƏRÇİVƏSİNDƏ LƏNKƏRAN QADINLARININ KONFRANSI KEÇİRİLDİ

05 aprel 2013 | 15:00

Aprelin 4-də Heydər Əliyev Mərkəzində Azərbaycan Qadınlarının IV Qurultayına hazırlıq çərçivəsində Lənkəran qadınlarının konfransı keçirildi.
Əvvəlcə konfrans iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli Liderin büstünü ziyarət etdilər, büstün önünə gül dəstələri qoydular.
Konfrans öz işinə “Azərbaycanda dövlət-qadın siyasətinin həyata keçirilməsi öndədir” adlı sənədli filmin nümayişi ilə başladı.
Konfransı giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirdi ki, tariximizin müxtəlif mərhələlərində Azərbaycan qadınları daim fəal olmuşlar. Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək: “Azərbaycan qadını hər zaman milli iftixara çevrilən işlər görmüşdür”. Qadınlarımız həmişə diqqət mərkəzində olmuşdur. Xüsusilə Ümummilli Liderimiz respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan qadınına yüksək qiymət vermişdir. Dövlət işlərində, hakimiyyət orqanlarında, dövlətçiliyimizin möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında, sahibkarlıq sahəsində qadınlarımızın rolu əvəzsizdir.
İcra başçısı həmçinin rayonumuzda qadınların rolundan danışaraq onların Lənkəranda aparılan genişmiqyaslı yenidənqurma, abadlıq və quruculuq işlərində fəallığını qeyd etdi, bu il keçiriləcək növbəti prezident seçkilərində onların həmişəki kimi yenə də fəallıq göstərərək dövlət başçısı İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcəyinə inamını ifadə etdi.
Sonra Lənkəran ŞİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli geniş məruzə etdi.
Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova çıxış edərək III qurultaydan keçən 5 il müddətində görülmüş işlərə münasibətini bildirərək qeyd etdi ki, biz qadınlar Ulu Öndər Heydər Əliyevin ideyalarının davamçılarıyıq. Ümummilli Liderimiz Azərbaycanımızı bizə qaytardı, dövlətçiliyimiz bərpa olundu və hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf edir. Biz qadınlar hamılıqla dövlətçiliyimizi qorumalı və bu istiqamətdə öz töhfələrimizi əsirgəməməliyik.
S.Qəhrəmanova çıxışında həmçinin qadın hüquqlarından, onların cəmiyyətdə, ictimai-siyasi proseslərdə rolundan danışdı, gender bərabərliyi məsələlərindən, dövlət-qadın siyasətindən bəhs etdi, builki Prezident seçkilərində qadınların fəallıq göstərərək Heydər Əliyev siyasi kursunun davamına səs verəcəyinə əminliyini ifadə etdi.
Lənkəran rayon Qadınlar Şurasının sədri Elduzə Əhmədova, YAP Lənkəran şəhər təşkilatı Qadınlar Şurasının sədri Ofeliya Qəmbərova, Sahibkar Qadınlar Birliyinin sədri Zemfira Ağayeva və şəhər 4 saylı humanitar təmayüllü məktəb-liseyin müəllimi Gülzar Əliyeva çıxış edərək rəy və mülahizələrini bildirdilər.
Konfransda Azərbaycan Qadınlarının IV qurultayına  Sədaqət Qəhrəmanova da daxil olmaqla 38 nəfər  nümayəndə seçildi.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Müraciət qəbul edildi.

Keçidlər