Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİ BAŞÇISININ GÖYŞABAN KƏNDİNDƏ NÖVBƏTİ SƏYYAR QƏBUL-GÖRÜŞÜ KEÇİRİLDİ

04 aprel 2013 | 15:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü aprelin 3-də Göyşaban kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və aparıcı təşkilatların rəhbərləri iştirak edirdilər.
Lənkəran ŞİH başçısının Göyşaban inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vahid İbrahimov əraziyə daxil olan Göyşaban və Ürgə kəndlərinin sakinləri, onların məşğuliyyəti barədə danışdı, ərazidə mövcud olan bir sıra problemləri İcra başçısının diqqətinə çatdırdı.
Göyşaban bələdiyyəsinin sədri Abdulla Fəttayev ərazidə görülən abadlıq və səliqə-səhman işləri haqqında məlumat verdi.
Sonra ayrı-ayrı kənd sakinlərindən “Cənub Aqro” MMC-nin icraçı direktoru Şəyyar Abdullayev, torpaq mülkiyyətçisi Mahir Əkbərov, sahibkar Fərhad Mirzəyev, dini icmanın sədri Mərafət Musayev çıxış edərək ötən ilin may ayında İcra başçısının Göyşabanda keçirdiyi səyyar qəbul-görüşdən sonra qaldırılan təkliflərin əksəriyyətinin icra edildiyini, əraziyə təbii qaz xəttinin çəkilişinin başa çatdırıldığını söylədilər, qarşıdan gələn prezident seçkilərində hamılıqla dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini əminliklə vurğuladılar, sonda bir sıra təkliflər irəli sürdülər.
Sonra ayrı-ayrı şəxslər şəxsi xahişləri ilə İcra başçısına müraciət etdilər.
Görüşü Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov yekunlaşdıraraq bildirdi ki, ötən görüşdə əhali tərəfindən irəli sürülən təkliflərin böyük əksəriyyəti  icra edilmişdir. Digər məsələlər, o cümlədən bu gün də qaldırılan təkliflər vaxtaşırı öz həllini tapacaqdır. Ərazidə təbii qazın açılış mərasimi mayın 10-da -  Ulu Öndərin 90 illik yubileyi günündə həyata keçiriləcək.
İcra başçısı çıxışında həmçinin Azərbaycanın çox sürətlə inkişaf etdiyini, cənab Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın güclü dövlətlər sırasında adının çəkildiyini, dövlətimizin büdcəsinin sosial yönümlü olduğunu, əhaliyə ünvanlı sosial yardımların verildiyini, pensiyaların, əmək haqlarının daim artırıldığını və Azərbaycan dövlət başçısının yürütdüyü siyasətin əsasında Azərbaycan vətəndaşlarının rifah halının daim yaxşılaşdırılmasının diqqət mərkəzində olduğunu söylədi.
Azərbaycan Prezidenti İlham Əliyevin dünyada yüksək intellektinə görə tanındığını və qəbul edildiyini diqqətə çatdıran İcra başçısı ölkə başçısının iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində apardığı məqsədyönlü fəaliyyətin nəticəsində qeyri-neft sektorunun sürətlə inkişaf etdiyini, dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm rol oynadığını diqqətə çatdırdı.
Taleh Qaraşov çıxışının sonunda qeyd etdi ki, bu dirçəliş Lənkəran rayonunun timsalında da aydın görünür. Cənab Prezidentin diqqət və qayğısı sayəsində Lənkəranın nə qədər müasirləşdiyinin şahidi oluruq.
İcra başçısı sonda hamını cənab Prezidentin ətrafında sıx birləşməyə çağırdı, lənkəranlıların Azərbaycanın daha da çiçəklənməsi naminə bundan sonra da öz töhfələrini verəcəyini əminliklə söylədi.

Keçidlər