HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ ULU ÖNDƏRİN 90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏQDİMAT KEÇİRİLDİ
3 aprel 2013-cü il tarixində Heydər Əliyev Mərkəzində Ümummilli Lİderin ictimai-siyasi fəaliyyətini əks etdirən fotoalbomların təqdimat mərasimi keçirilmişdir. Mərkəzin tədqiqat qrupu tərəfindən hazırlanmış albomlarda Heydər Əliyevin Vətən amalı konsepsiyasına əsaslanaraq onun hakimiyyətdə olduğu illərdə Azərbaycan dövlətinin daxili və xarici siyasəti sahəsində aparılmış işləri və Lənkəran rayonuna səfərlərini tarixi yaddaşlara köçürən fotolara xüsusi yer ayrılmışdır.
Təqdimatda Heydər Əliyev Mərkəzinin direktoru Seyidzadə Şəfiyeva, fond müdiri Aygün İbrahimova və başqaları çıxışlarında bildirdilər ki, bu gün təqdim olunan hər bir albom Ümummilli Liderin həyatının azərbaycan xalqının tarixi, müstəqilliyimizin, milli-mənlik şüurumuzun oyanış tarixi olduğunu təstiqləyir. Bu nəhəng siyasətçinin şəxsiyyəti və titanik fəaliyyəti barədə tədqiqat işlərinin aparılması, onun gələcək nəsillərə çatdırılması azərbaycançılıq və dövlətçilik ənənələrinin qorunmasında böyük önəm daşıyır. Çıxışlarda o da vurğulandı ki, albomlarda yer almış fotolar Mərkəzin memorial muzeyinin ekspozisiyasında nümayiş olunmayan şəkillərdən ibarətdir. Hazırlanmış albomlarla məktəblilərin, tələbə-gənclərin və rayon ictimaiyyətinin tanış olması Ulu Öndərin irsinin xüsusi ilə milli-mənəvi dəyərlərin – milli idealogiyanın təbliğində böyük vasitədir.