Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA GƏNCLƏR VƏ İDMAN NAZİRİNİN ZONA GƏNCLƏRİ İLƏ QƏBUL-GÖRÜŞÜ KEÇİRİLMİŞDİR

03 aprel 2013 | 15:00

Gənclər və İdman naziri Azad Rəhimov tərəfindən aprel ayının 2-də Lənkəran şəhərində vətəndaşların qəbulu keçirilib.
Ümumilikdə qəbulda Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarından 50-dən çox vətəndaş iştirak edib.
Heydər Əliyev Mərkəzində təşkil edilən qəbul saat 11:00-dan başlanıb və gün ərzində fasiləsiz olaraq davam edib.
Qəbula gələn yerli sakinlər əsasən öz şəxsi problemlərini dilə gətirərək müxtəlif məsələlər üzrə kömək istəyiblər. Maraqlıdır ki, qəbula gələn gənclərin bir qismi müxtəlif ideya və təkliflər irəli sürüblər.
Vətəndaşlar daha çox yol çəkilişi, sahibkarlıq fəaliyyəti, güləş məktəbinin açılmasına kömək, süni örtüklü futbol meydançası, narkomaniya ilə mübarizə kurslarının təşkili, güzəştli ipoteka krediti, dövlət qulluğuna qəbul, bəzi kəndlərdə futbol meydançasının inşası, işə düzəlmə, gənclər təşkilatının yaradılması, gənclərin asudə vaxtının səmərəli təşkili üçün gənclər mərkəzinin inşası, yeni idman məktəblərinin və idman bölmələrinin açılması, elmi layihənin dəstəklənməsi, məktəbdə idman zalının tikintisi və s. məsələlərlə müraciət ediblər.
Qəbul zamanı vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb, digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.
Qeyd edək ki, vətəndaşlar əvvəlcədən kütləvi informasiya vasitələrində elan olunmuş qayda üzrə, müvafiq rayonların yerli gənclər və idman idarələri ilə əlaqə saxlayaraq qəbula yazılmışdılar.

Keçidlər