LƏNKƏRAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİ BAŞÇISI YANINDA NÖVBƏTİ ŞURA İCLASI KEÇİRİLMİŞDİR
Aprelin 2-də Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi.
Şurada iki məsələ müzakirə edildi.
“Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 3.14. bəndinin tələbləri baxımından rayonda fəaliyyət göstərən kütləvi informasiya vasitələri, dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatları ilə işin vəziyyəti barədə” ŞİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirlinin məruzəsi dinlənildi.
Məruzə ətrafında müzakirələrdə “Lənkəran” qəzetinin baş redaktoru İltifat Əhmədov çıxış etdi.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Lənkəran rayonu üzrə həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlərin icrası vəziyyəti haqqında” ŞİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimovun məruzəsi dinlənildi.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov müzakirə olunan birinci məsələyə münasibətini bildirərək rayonda fəaliyyət göstərən KİV-lərin və QHT-lərin fəaliyyəti üçün əlverişli şəraitin yaradıldığını söylədi və bir sıra tövsiyələrini verdi.
İcra başçısı Şura iclasında müzakirə olunan ikinci məsələ ilə əlaqədar ikinci Dövlət Proqramında Lənkəran rayonu üzrə həyata keçirilmiş tədbirlər barədə danışdı, qarşıda nəzərdə tutulmuş vəzifələrdən bəhs etdi, müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.
Şura iclasında müzakirə olunan məsələlərlə əlaqədar qərar qəbul edildi.