Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ 31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLDİ

29 mart 2013 | 16:00

Heydər Əliyev Mərkəzi və “Heydər Əliyev İrsini” Araşdırma Mərkəzi Lənkəran regional bürosunun təşkilatçılığı ilə Mərkəzdə 31 mart azərbaycanlıların soyqırımı gününə həsr olunmuş “Xalqın tarixi dönəmi” movzusunda tədbir keçirildi. Lənkəran Dövlət Humanitar Kollecinin və Lənkəran Dövlət Tibb Kollecinin tələbələrinin qatıldığı tədbirdə Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov, “Heydər Əliyev İrsini” Araşdırma Mərkəzinin rəhbəri Sevinc Hüseynova və Heydər Əliyev Mərkəzinin direktoru Seyidzadə Şəfiyeva tələbə gənclərə bütün tarixi dönəmlərdə erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı zaman-zaman törətdikləri  qanlı faciələr barədə məlumatlar verdilər.
Tədbirdə azərbaycanlıların soyqırımının Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və başqa bölgələrdə çox dəhşətli şəkildə həyata keçirilərək, dinc əhalinin kütləvi surətdə qətlə yetirildiyi, kəndlərin yandırıldığı, milli mədəniyyət abidələrinin məhv edildiyi vurğulanmış, bu qətliyamın Lənkəranın Gərmətük, Mamusta, Sütəmurdov və başqa kəndlərində də qəddarlıqla həyata keçirilməsi faktları çatdırılmışdır. Eyni zamanda Milliətçi-separatçı ermənilərin Dağlıq Qarabağda yürütdükləri qəsbkarlığın nəticəsində 20 faiz Azərbaycan torpaqlarının işğal olunması, bir milyondan artıq soydaşımızın doğma ocaqlarından didərgin düşməsi, minlərlə insanın şəhid olması faktı bir daha xatırlanmış və bu qan yaddaşının unudulmaması, xalqın tarixinin dərindən öyrənilərək gələcək nəsillərə çatdırılması, şüurlara əbədi həkk olunmasının gənclərin vətənpərvərlik tərbiyəsində əsas şərt olduğu qeyd olunmuşdur.

Keçidlər