Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİ ƏMƏKDAŞLARININ PEŞƏ BAYRAMI QEYD EDİLDİ

28 mart 2013 | 16:00

Ümummilli Lider Heydər Əliyevin  28  mart 1997-ci il tarixli Sərəncamı ilə hər il Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının peşə bayramı günü təntənəli şəkildə qeyd edilir.
Martın 27-də Heydər Əliyev Mərkəzində bu münasibətlə təntənəli mərasim keçirildi.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, MTN Lənkəran şəhər şöbəsinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Heydər Əliyev Mərkəzində Ulu Öndərin büstünü ziyarət etdilər, büstün önünə gül dəstələri qoydular.
Heydər Əliyev Mərkəzinin konfrans zalında keçirilən mərasimi giriş sözü ilə MTN-nin Lənkəran şəhər şöbəsinin rəisi Aydın Piriyev açaraq təhlükəsizlik orqanlarının keçdiyi 94 illik şərəfli yoldan ətraflı danışdı.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov təbrik nitqində 94 il bundan əvvəl yaradılmış təhlükəsizlik orqanlarının fəaliyyətindən, Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinə rəhbər təyin ediləndən sonra Ümummilli Liderimizin əvəzsiz xidmətlərindən, 1991-ci ildə MTN-nin yaradılmasından sonra milli maraqlara söykənərək ictimai təhlükəsizlik qaydalarının daha da möhkəmləndirilməsindən, dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində xüsusi xidmət orqanlarının yüksək səviyyədə təşkil olunmasından, onun əməkdaşlarının peşəkarlığından söz açdı.
İcra başçısı daha sonra hər il MTN işçilərinin peşə bayramının təntənəli şəkildə qeyd olunmasından, MTN-nin Lənkəran şəhər şöbəsi əməkdaşlarının dövlətçiliyimizə xidmət edən yüksək peşəkarlığından danışdı və onları əlamətdar gün münasibətilə təbrik etdi.
Taleh Qaraşov sonda MTN-nin Lənkəran şəhər şöbəsinin bir qrup əməkdaşına ŞİH-nin Fəxri fərmanlarını təqdim etdi.

Keçidlər